Millimiz iranlı həmyaşıdlarını məyyus etdi

ESTAFET/ Fevral ayının 8-dən 10-na kimi İranın Sarab şəhərində beynəlxalq basketbol turniri keçirilib. Turnirdə U18 milli yığma komandamızdan başqa İranın U18 millisi, İraqın Süleymaniyyə və Sarabın basketbol komandaları iştirak edirdi.
Samit Nuruzadənin yetirmələri turnirin ilk qarşılaşmasında Süleymaniyyə şəhərinin basketbolçularına 60:69 hesabı ilə məğlub oldular.
Bu məğlubiyyətdən sonra komandamız toparlanaraq turnirin favoriti olan İranın U18 millisini üstələyib - 75:71. Ev sahibləri ilə keçirilən sonuncu görüşdə gənc basketbolçularımız yüksək səviyyəli basketbol sərgiləyərək rəqibinə heç bir şans verməyib - 90:72.
Son 7 ildə U18 yığması olaraq milli komandamız ilk dəfə İranın U18 yığmasını məğlub edərək Sarabda keçirilən ənənəvi beynəlxalq turnirin qalibi oldu.
