Təmsilçimiz mübarizəyə qoşulmadı: Pxençxan-2018
ESTAFET/ Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında Azərbaycan təmsilçisi Patrik Braxner start xəttinə çıxmayıb. Buradakı yeganə təmsilçimiz ilk cəhdini bu gün etməli olsa da, bu, baş tutmayıb. Belə ki, Oyunlarda nəhəng slalom yarışları keçirilib. Ancaq Braxner mübarizəyə qoşulmayıb.
Milliləşdirilmiş avstriyalı slalom yarışlarında isə fevralın 22-də qüvvəsini sınayacaq.