Sona 1 tur qalmış Balacayeva liderliyini davam etdirir

ESTAFET/ Qadın şahmatçılar arasında keçirilən şahmat üzrə Azərbaycan çempionatı artıq yekunlaşmaq üzrədir. Vurğulamaq yerinə düşər ki, kişilərin çempionatından fərqli olaraq, burada ölkənin ən güclü qadın şahmatçıları mübarizəyə qoşulub.
Bu gün çempionatda 8-ci turun oyunları keçirilib. İlk turdan etibarən uğurlu start götürərək liderliyi ələ alan yeniyetmə və istedadlı şahmatçı Xanım Balacayeva (2319) son tur öncəsi də liderliyini qoruya bilib. Sabah çempionatda sonuncu - IX turun oyunları keçiriləcək.
Sonuncu turda qarşılaşacaq cütləri təqdim edirik.
Xanım Balacayeva - Nərmin Söyünlü
Zeynəb Məmmədyarova - Günay Məmmədzadə
Türkan Məmmədyarova - Gülnar Məmmədova
Nərmin Məmmədova - Aydan Höccətova
Ülviyyə Fətəliyeva - Ayan Allahverdiyeva
Süsən Məmmədova - Səbinə İbrahimova
Səbinə Rzalı - Aynur Kətanova
İradə Əhmədova - Aytac Heydərova
Gövhər Beydullayeva - Jalə Babazadə
Samirə Babayeva - Ləman Hacıyeva
8 turdan sonra xal durumu aşağıdakı kimidir:
Xanım Balacayeva - 6 xal
Zeynəb Məmmədyarova - 5,5 xal
Gülnar Məmmədova - 5,5 xal
Günay Məmmədzadə - 5,5 xal
Aydan Höccətova - 5 xal
Türkan Məmmədyarova - 5 xal
Nərmin Söyünlü - 4,5 xal
Nərmin Məmmədova - 4,5 xal
Ayan Allahverdiyeva - 4,5 xal
Ülviyyə Fətəliyeva - 4 xal
Səbinə İbrahimova - 4 xal
Gövhər Beydullayeva - 3,5 xal
İradə Əhmədova - 3,5 xal
Süsən Məmmədova - 3,5 xal
Aynur Kətanova - 3,5 xal
Aytac Heydərova - 3 xal
Səbinə Rzalı - 3 xal
Ləman Hacıyeva - 2,5 xal
Jalə Babazadə - 2 xal
Samirə Babayeva - 1,5 xal

