5-ci turda qalib gələn olmadı: İddialıların turniri

ESTAFET/ Berlində (Almaniya) keçirilən şahmat üzrə nüfuzlu İddialıların turniri davam edir. Bu gün turnirdə 5-ci turun oyunları oynanılıb.

 

Turnirdəki təmsilçimiz Şəhriyar Məmmədyarov çinli qorssmeyster Liren Dinqlə üz-üzə gəlirdi və o, ardıcıl olaraq 4-cü heç-heçəsini edib. Şəhriyar sabah ağ fiqurlarla rus şahmatçı Vladimir Kramniklə qarşılaşacaq. 

 

Turun digər bütün qarşılaşmaları da bərabərliklə yekunlaşıb. Maraqlı görüşlərdən biri erməni Aronyanla rus Qrişuk arasında olub. Oyunda böyük üstünlüyə malik erməni şahmatçı gözlənilməz səhvlə yekunda heç-heçəyə razılaşıb. 

 

İddiaçılar turniri

V tur

15 mart 2018

Liren Dinq (2769, Çin) - Şəhriyar Məmmədyarov (2809, Azərbaycan)  0,5:0,5

Fabiano Karuana (2784, ABŞ) - Sergey Karyakin (2763, Rusiya)  0,5:0,5

Uesli So (2799, ABŞ) - Vladimir Kramnik (2800, Rusiya)  0,5:0,5

Levon Aronyan (2794, Ermənistan) - Aleksandr Qrişuk (2767, Rusiya)  0,5:0,5

 

Turnir cədvəli: 1. Karuana - 3,5 xal, 2-3. Kramnik, Məmmədyarov - 3 xal, 4-6. Aronyan, Liren Dinq, Qrişuk - 2,5 xal, 7-8. Karyakin, So - 1,5 xal. 

Müəllif: Natiq NƏSİROV