4 gimnastımız final mərhələsində

ESTAFET/ Bu gündən etibarən Milli Gimnastika Arenasında idman Gimnastikası üzrə növbəti Dünya Kubokuna start verilib. İlk yarış gününün yekunlarına əsasən 4 gimnastımız 2 alətdə finallara vəsiqəni təmin ediblər. Buna qadın gimnastlarımız nail olub.  Belə ki, dayaqla tullanmada Marina Nekrasova və Yuliya İnşına, paralel qollarda isə Nekrasova və Mariya Smirnova medallar uğrunda mübarizə aparacaqlar.

 

Dünya Kubokunun ikinci yarış günündə gimnast qızlarımız sərbəst hərəkətlər və gimnastika tirində təsnifat yarışlarına qatılacaqlar.

 

Təəssüf ki, kişi təmsilçilərimizin çıxışı uğursuz alınıb. Belə ki, paralel qollar, sərbəst hərəkətlər və halqalarda heç bir gimnastımız finala vəsiqə qazana bilməyib. Onlar sabah daha 3 alətdə (dayaqlı tullanma, dəstəli at və turnik) final üçün mübarizəyə qoşulacaqlar.  

Müəllif: Bəhruz MƏMMƏDOV