Şahmatçıların Avropa çempionatı start götürür

ESTAFET/  Bu gündən etibarən Gürcüstanın Batumi şəhərində şahmat üzrə fərdi Avropa Çempionatı start götürəcək. Ümumilikdə 34 ölkədən 304 şahmatçının qatılacağı çempionatda Azərbaycan geniş heyətlə təmsil olunacaq. 

 

Çempionatda 29 şahmatçımız mükafatlar uğrunda mübarizəyə qoşulacaq ki, onlardan ikisi zərif cins nümayəndəsidir - Xəyalə Abdulla (2248) və Nərmin Söyünlü (2035). Böyük əksəriyyəti isə, yeniyetmə və perspektivli şahmatçılardı. Təbii ki, çempionatın qonşu Gürcüstanda keçirilməsi bu şahmatçıların da özlərini sınaması üçün əlavə şans yaradıb. 

 

Mükafatlar uğrunda isə, yığmamızın üzvləri Rauf Məmmədov (2709), Qədir Hüseynov (2646), Eltac Səfərli (2639) və Nicat Abbasov (2608) şanslarını yoxlayacaq. 

Müəllif: Natiq NƏSİROV