Badmintonçumuz beynəlxalq turnirin 1/4 finalında

ESTAFET/ Çex Respublikasının Karvina şəhərində təşkil olunan "KaBaL International Karviná 2018" beynəlxalq turnirində iştirak edən badmintonçumuz Edi Reski Dviçayo kişilərin şəxsi yarışında uğurlu çıxışını davam etdirib.

 

Təsnifat mərhələsində iki qələbə qazanan Dviçayo əsas mərhələdə də qələbələri sıralamaqdadır. 1/16 finalda indoneziyalı Karan Rayan Rayarayana 2:0 hesabı ilə qalib gələn idmançımız adını növbəti mərhələyə yazdırıb. 1/8 finalda danimarkalı Patrik Abildqaardı yolundan kənarlaşdıran təmsilçimizin 1/4 finalda rəqibi də Danimarka idmançısı olacaq. Dviçayo yarımfinal yüksəlmək uğrunda görüşdə Viktor Svendsenlə qarşılaşacaq. 

Müəllif: Orxan NOVRUZOV