Şəhriyar bu dəfə Karyakinlə sülh bağladı: İddialıların turniri

ESTAFET/ Berlində keçirilən şahmat üzrə nüfuzlu İddialıların Turnirində bu gün 8-ci turun oyunları ilə II dövrəyə start verilib. Turda təmsilçimizin rəqibi şahmat tacı uğrunda sonuncu qarşılaşmada Karlsenin rəqibi olan rus Karyakin olub. Qrossmeysterimiz rəqibinə qarşı ağ fiqurlarla oynayırdı. Lakin Şəhriyar bu üstünlükdən istifadə etməyib və görüş heç-heçə başa çatıb.  

 

Qeyd edək ki, I dövrədəki qarşılaşmada Şəhriyar Karyakini qara fiqurlarla məğlub etməyi bacarmışdı. 

 

İddialılar turniri

VIII tur

 

Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - Sergey Karyakin (2763, Rusiya)  0,5:0,5

Aleksandr Qrişuk (2767, Rusiya) - Vladimir Kramnik (2800, Rusiya) 1:0

Lijen Din (2769, Çin) - Levon Aronyan (2794, Ermənistan)  0,5:0,5

Uesli So (2799, ABŞ) - Fabiano Karuana (2784, ABŞ)  0,5:0,5

 

Turnir cədvəli:

1. Karuana - 5,5 xal, 2. Məmmədyarov - 5 xal, 3. Qrişuk - 4,5 xal. 4. Lijen Din - 4 xal. 5-6. Karyakin, Kramnik - 3,5 xal, 7-8. So, Aronyan - 3 xal 

Müəllif: Natiq NƏSİROV