Şəhriyar hələ də yarım xal geridədir - İddialıların Turniri

ESTAFET/ Berlində keçirilən şahmat üzrə nüfuzlu İddialıların Turniri bu gün 9-cu turun oyunları ilə davam edib.

 

Bu tur buradakı təmsilçimiz Şəhriyar Məmmədyarovun rəqibi erməni Levon Aronyan olub. Şəhriyar ilk dövrədə ağ fiqurlarla olduğu kimi, bu dəfə də qara fiqurlarla heç-heçəyə razılaşıb.

 

Turda yalnız rus Karyakin qələbəyə sevinib. O, həmyerlisi Kramniki məğlub edərək turnir cədvəlindəki vəziyyətini nisbətən yaxşılaşdırıb.  

 

İddialılar turniri

IX tur

20 mart 2018 

Levon Aronyan (2794, Ermənistan)  - Şəhriyar Məmmədyarov (2809, Azərbaycan)   0,5:0,5

Sergey Karyakin (2763, Rusiya) - Vladimir Kramnik (2800, Rusiya)  1:0

Fabiano Karuana (2784, ABŞ)  - Lijen Din (2769, Çin) - 0,5:0,5

Uesli So (2799, ABŞ) - Aleksandr Qrişuk (2767, Rusiya)  0,5:0,5

 

Turnir cədvəli:

1. Karuana - 6 xal, 2. Məmmədyarov – 5,5 xal, 3. Qrişuk - 5 xal, 4-5. Karyakin, Lijen Din - 4,5 xal, 6-8. Kramnik, So, Aronyan - 3,5 xal  

Müəllif: Natiq NƏSİROV