Şəhriyar liderlik şansından yararlana bilmədi - İddialıların Turniri

ESTAFET/ Berlində keçirilən şahmat üzrə nüfuzlu İddialıların Turniri 3-cü istirahət günündən sonra bu gün 10-cu turun oyunları ilə davam edir.
Bu tur təmsilçimiz Şəhriyar Məmmədyarov bəlkə də turnirdə ən vacib oyununu keçirir. Belə ki, ağ fiqurlarla oynayan Şəhriyarın rəqibi onu yarım xal qabaqlayan ABŞ təmsilçisi Fabiano Karuanadır. Qələbə nəticəsində şahmatçımız sona 4 tur qalmış turnirin vahid liderinə çevriləcək.
İddialılar turniri
X tur
22 mart 2018
Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - Fabiano Karuana (2784, ABŞ) 0,5:0,5
Lijen Din (2769, Çin) - Uesli So (2799, ABŞ) 0,5:0,5
Aleksandr Qrişuk (2767, Rusiya) - Sergey Karyakin (2763, Rusiya) 0,5:0,5
Vladimir Kramnik (2800, Rusiya) - Levon Aronyan (2794, Ermənistan) 1:0
Turnir cədvəli:
1. Karuana - 6,5 xal, 2. Məmmədyarov - 6 xal, 3. Qrişuk - 5,5 xal, 4-5. Karyakin, Lijen Din - 5 xal, 6. Kramnik 4,5 xal, 7. So - 4 xal, 8. Aronyan - 3,5 xal

