Şəhriyar şanslarını tükədir - İddialıların Turniri

ESTAFET/ Berlində davam edən şahmat üzrə nüfuzlu İddialıların turnirində bu gün XI turun oyunları keçirilir. 

 

Təmsilçimiz qrossmeyster Şəhriyar Məmmədyarov bu tur turnirdə gözləniləndən zəif çıxışı ilə diqqət çəkən ameriaklı Uesli So ilə qarşılaşırdı. Qrossmeysterimiz növbəti dəfə bərabərliyə razılaşıb. Turnir sona yaxınlaşdıqca Şəhriyarın qalib olma imkanları tükənir.

 

Artıq ardıcıl qələbələrlə son 5 turda 4 xal toplayan Sergey Karyakin liderlər qrupunda yer alaraq, turnirin qalibi olmaq üçün iddiasını ortaya qoyub. 

 

Şəhriyar Məmmədyarov əgər ilin sonunda Maqnus Karlsenlə şahmat tacı uğrunda görüşə vəsiqə əldə etmək istəyirsə qarşıdakı 4 turda məğlub olmadan ən azı 2-də qələbə qazanmalıdı. Əks halda vəsiqəsiz qalacaq. 

 

İddialılar turniri

XI tur

23 mart 2018

Uesli So (2799, ABŞ) - Şəhriyar Məmmədyarov (2809, Azərbaycan)  0,5:0,5

Lijen Din (2769, Çin) - Aleksandr Qrişuk (2767, Rusiya)  0,5:0,5

Fabiano Karuana (2784, ABŞ) - Vladimir Kramnik (2800, Rusiya)  0,5:0,5

Levon Aronyan (2794, Ermənistan) - Sergey Karyakin (2763, Rusiya)  0:1

 

 

Turnir cədvəli:

1. Karuana - 7 xal, 2. Məmmədyarov - 6,5 xal, 3-4. Karyakin, Qrişuk - 6 xal, 5. Lijen Din - 5,5 xal, 6. Kramnik - 5 xal, 7. So - 4,5 xal, 8. Aronyan - 3,5 xal

Müəllif: Natiq NƏSİROV