Şəhriyar ilk məğlubiyyətini aldı və turnir vəziyyətini çətinə saldı - İddialıların turniri

ESTAFET/ Berlində şahmat tacına iddialıların turniri bu gün keçirilən 12-ci turun oyunları ilə davam edib. Bu turda təmsilçimiz Şəhriyar Məmmədyarov çinli Lijen Dinlə qarşılaşıb.

 

İlk dövrədə qara fiqurlarla bu rəqibi ilə bərabərə qalan Şəhriyar təəssüf ki, bu görüşdə ağ fiqurlarla məğlub olaraq turnir vəziyyətini ağırlaşdırıb.  

 

Karyakin isə uğurlu çıxışını davam etdirir. O, Karuananı məğlub edərək indi onunla bərabər eyni xalla turnir cədvəlinə liderlik edir. 

 

İddiaçılar turniri

XII tur

24mart 2018

Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - Liren Dinq (2769, Çin)  0:1

Sergey Karyakin (2763, Rusiya) - Fabiano Karuana (2784, ABŞ)  1:0

Aleksandr Qrişuk (2767, Rusiya) - Levon Aronyan (2794, Ermənistan)  0,5:0,5

Vladimir Kramnik (2800, Rusiya) - Uesli So (2799, ABŞ)  0,5:0,5

 

Turnir cədvəli:

1-2. Karyakin, Karuana - 7 xal, 3-5. Məmmədyarov, Lijen Din, Qrişuk - 6,5 xal, 6. Kramnik - 5,5 xal, 7. So - 5 xal, 8. Aronyan - 4

 

Sabah turnirdə sonuncu istirahət günüdür. İstirahətdən sonra şahmatçılar qalan 2 turun oyunlarından sonra noyabr ayında şahmat tacı uğrunda Karlsenin rəqibini müəyyənləşdirəcəklər. 

Müəllif: Natiq NƏSİROV