"Qəbələ"nin 13 yaşlıları İtaliyada yarışacaqlar
ESTAFET/ “Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası İtaliyada təşkil olunacaq Qallini Dünya kuboku yarışında iştirak edəcək.
“Qırmızı-qaralar” martın 29-dan aprelin 3-dək davam edəcək turnirə E qrupunda mübarizə aparmaqla start verəcək. Komandamız qrupda “Ankona”, “Liventina” (hər ikisi İtaliya), “Sofiya Sport B” (Bolqarıstan) komandaları ilə üz-üzə gələcək. “Qəbələ” martın 30-da bolqarıstanlılarla, ertəsi gün öncə “Liventina”, ardınca “Ankona” ilə qarşılaşacaq.
“Qırmızı-qaralar” səfərə 18 futbolçu ilə yollanıb. Akademiyanın meneceri Nail Kərimov və baş məşqçisi Halim Fıçıcının rəhbərlik etdiyi nümayəndə heyətində məşqçilər Anar Surxayev və Namiq Əliyev, həmçinin 18 futbolçu - Uğur Əzizli, Eşqin Əhmədov, Murad Musayev, Mirimran Musayev, Sənan Ağalarov, Sənan Kərimov, Elvin Qarayev, Elmir Hüseynli, Bəxtiyar Quliyev, Murad Ələkbərov, Rüfət Bədəlzadə, Məmməd Muradov, Ravil Qafarov, Şahin Şahniyarov, Zöhrab Bayramov, Sadıq Şəfiyev, Okan Təhməzli, Hüseynağa Səlimov yer alıb.