Yığmamız sonuncu görüşdən də məğlub ayrıldı
ESTAFET/ 17 yaşadək qızlardan ibarət yığmalar arasında Avropa çempionatının elit-raund mərhələsinin VII qrupunda mübarizəyə yekun vurulub. Oyunları Almaniyada keçirilən qrupda son görüşlər baş tutub.
Siyasət Əsgərovun yetirmələri bu gün son oyununda İslandiya ilə qarşılaşıb. İlk iki oyunda Almaniyaya 0:5, İrlandiyaya 0:1 hesabı ilə uduzan komandamız yenə meydanı məğlub tərk edib. Yığmamız elit-raundda ilk qolunu vursa da, qrupu xalsız başa vurub – 1:3.
Qrupun digər oyununda Almaniya ilə İrlandiya qarşılaşıb. Bundestim 2 cavabsız qolla qələbə qazanıb və 1-ci yeri tutub.
U 17 Avropa çempionatı, elit-raund mərhələsi
III tur
28 mart 2018
Azərbaycan – İslandiya 1:3
Qollar: Deli, 60 - Eriksdottir, 8, 36, Cek, 47
Baş hakim: Anastasiya Romanyuk (Ukrayna)
Baş hakimin köməkçiləri: Oleksandra Vdovina (Ukrayna), Anja Klimm (Almaniya)
Dördüncü hakim: Miriam Şveynefuv (Almaniya)
Noybrandenburq. “Neu.sw Stadion”