Səfərlini çempionluqdan yarım xal, medaldan isə əmsallar ayırdı
ESTAFET/ Xəbər verdiyimiz kimi, Gürcüstanın Batumi şəhərində şahmat üzrə fərdi Avropa Çempionatı keçirilib. Ümumilikdə 34 ölkədən 304 şahmatçının qatılacağı çempionatda Azərbaycan geniş heyətlə təmsil olunurdu.
Çempionatda ümumilikdə 29 şahmatçımız mükafatlar uğrunda mübarizəyə qoşulmuşdu.
Mükafatlar uğrunda yığmamızın üzvlərindən Rauf Məmmədov (2709), Qədir Hüseynov (2646), Eltac Səfərli (2639) sonadək mübarizə aparıblar.
Ən yaxşı nəticəni Eltac Səfərli göstərib. Belə ki, keçirilən 11 turdan sonra 8 xal toplamağı bacaran Eltac çempion adını qazanan serb Şariçdən cəmi yarım xal geri qalıb. Lakin bununla belə, Eltac mükafatsız qalıb. Təmsilçimizlə bərabər daha 6 nəfər 8 xal toplamağı bacarıb ki, bu da Eltacı əlavə əmsallara görə medallardan kənar qoyub və o Avropa çempionatını 8-ci bitirib.
Raufla Qədir isə yekunda 7,5 xalla kifayətləniblər və müvafiq olaraq, 19-20-ci yerlərdə qərarlaşıblar.