Şəhriyar tarixi şansdan yararlana bilmədi
ESTAFET/ Berlində (Almaniya) keçirilən şahmat üzrə İddialıların Turnirinə bu gün keçirilən sonuncu turun oyunları ilə yekun vurulub.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov son turda rusiyalı Vladimir Kramniklə qarşılaşırdı. Qara fiqurlarla oynayan “Şah” görüşdən bərabərliklə ayrılıb.
Digər oyunda Fabiano Karuana Aleksandr Qrişuka qalib gələrək vahid lider kimi çempionluğu əldə edib və noyabrda hazırkı Dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrundakı görüşə vəsiqə qazanıb. Məmmədyarov turniri ikinci pillədə başa vurub.
İddialıların turniri
XIV tur
27 mart 2018
Vladimir Kramnik (2800, Rusiya) – Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) 0,5:0,5
Aleksandr Qrişuk (2767, Rusiya) – Fabiano Karuana (2784, ABŞ) 0:1
Levon Aronyan (2794, Ermənistan) – Uesli So (2799, ABŞ) 0,5:0,5
Sergey Karyakin (2763, Rusiya) – Liren Dinq (2769, Çin) 0,5:0,5
Turnir cədvəli:
1. Karuana - 9 xal
2. Məmmədyarov - 8 xal
3. Karyakin - 8 xal
4. Dinq - 7.5 xal
5. Kramnik - 6.5 xal
6, Qrişuk - 6,5 xal
7. So - 6 xal
8. Aronyan - 4.5 xal