Avrokubokun finalı həmyerlimizə tapşırıldı

ESTAFET/ Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakim Eldar Zülfüqarova növbəti təyinat göndərib. Həmyerlimiz CEV kubokunun final mərhələsinin ilk oyununu idarə edəcək.

 

Zülfüqarov Belqorodda kişi voleybolçular arasında baş tutacaq “Beleqorye” (Rusiya) - “Ziraat Bankası” (Türkiyə) matçında əsas hakim olacaq. Aprelin 3-nə təsadüf edəcək görüşdə ikinci referi funksiyasını bolqarıstanlı İvan Momirov yerinə yetirəcək. 

 

Qeyd edək ki, CEV kubokunun finalı 2 qarşılaşmadan ibarətdi. Bu komandalar arasında cavab oyunu aprelin 10-da olacaq.

 

Mənbə: APASport

Müəllif: Natiq NƏSİROV