Azərbaycanlı hakim “Qalatasaray”ın oyununa təyinat aldı
ESTAFET/ Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakim Eldar Əliyevə növbəti təyinat göndərib. Ədalət təmsilçimiz qadın voleybolçular arasında keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsində iş başında olacaq.
Əliyev İtaliyada təşkil ediləcək “Novara” – “Qalatasaray” (Türkiyə) matçında hakim funksiyasını yerinə yetirəcək. O, aprelin 5-də olacaq qarşılaşmada rusiyalı Yevgeni Makşanova kömək edəcək.
Qeyd edək ki, türklər ilk görüşdə 2:3 hesabı ilə məğlub olublar.