Boksçularımız Vilnüsdə 7 medal qazanıblar
ESTAFET/ Litvanın paytaxtı Vilnüsdə gənc boksçular arasında Dan Poznyakın xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnir başa çatıb. 13-cü dəfə keçirilən yarışda Azərbaycan millisi 7 medal qazanıb.
Belə ki, bütün rəqiblərinə qalib gələn Nurlan Səfərov (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda məğlub olan Nəbi İsgəndərovla (56 kq) Zaur Musayev (81 kq) gümüş medalla kifayətləndiyi halda, Maqsud Xasmətov (49 kq), Həsən İbrahimov (52 kq), Nicat Həsənov (69 kq) və Məhəmməd Yusifov (75 kq) üçüncü yeri tutublar.
Yığmamız komanda hesabında 2-ci olub. Millimizi yalnız Rusiya boksçuları qabaqlayıblar.