"Qəbələ" 3-cü yer üçün oynayacaq

ESTAFET/ İtaliyada keçirilən 13 yaşadək futbolçular arasında Qallini dünya kubokunda yarımfinal oyunları keçirilib. Ardıcıl 5 qələbə ilə bu mərhələyə yüksələn “Qəbələ” İngiltərənin “Uimbldon” klubunun müvafiq yaş qrupu üzrə komandası ilə görüşüb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Qırmızı-qaralar”ın qoluna Elmir Hüseynli imza atıb. Finalçının adına penaltilər seriyası aydınlıq gətirib. Zərbələri daha dəqiq yerinə yetirən ingiltərəlilər 5:4 hesablı qələbə qazanıb.

 

“Qəbələ” aprelin 2-də keçiriləcək 3-cü yer uğrunda oyunda Sloveniyanın “Bravo” komandası ilə üz-üzə gələcək. Yarışın qalibi adı uğrunda matçda isə “Uimbldon” və İtaliya “Udineze”si mübarizə aparacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV