"Azerreyl" 4-cü dövrəni formallığa çevirdi
ESTAFET/ Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında III dövrəyə yekun vurulub. Martın 30-da güclü külək səbəbindən təxirə salınan IX turun hər 2 oyunu eyni gündə təşkil olunub.
Voleybol Mərkəzində baş tutan oyunlarda meydana öncə “Lokomotiv”lə AVF çıxıb. Adnan Kistakın yetirmələri aşkar favorit olduğu görüşdə asan qələbəyə seviniblər.
Turun mərkəzi oyunu “Abşeron”la “Azerreyl” arasında olub. Qələbəni bayram edən "dəmirolçular" mövsümün sonuna 1 dövrə - 3 tur qalmış çempionluğu da bayram ediblər. Ötən ay “Novruz Kuboku”nu qazanan “dəmiryolçular” 2015-16 mövsümündə olduğu kimi, yenə ili qızıl medallarla başa vururlar.
Voleybol. Qadınlar. Super Liqa
IX tur
2 aprel 2018
“Abşeron” - “Azerreyl” - 1:3 (19:25, 25:21, 26:28, 18:25)
I dövrə: “Abşeron” - “Azerreyl” - 1:3 (26:24, 12:25, 15:25, 19:25)
II dövrə: “Azerreyl” - “Abşeron” - 3:0 (25:19, 25:16, 25:19)
“Lokomotiv” - AVF - 0:3 (17:25, 17:25, 29:31)
I dövrə: “Lokomotiv” - AVF - 0:3 (12:25, 19:25, 14:25)
II dövrə: AVF - “Lokomotiv” - 3:0 (25:15, 25:13, 25:16)