Fərid Cəlalov da heyəti açıqladı

ESTAFET/ Xəbər verdiyimiz kimi, 5-10 aprel tarixlərində payatxtımızda "I Türk Universitetləri İdman Oyunları" keçiriləcək. Yarışda iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Komandamızın baş məşqçisi Fərid Cəlalov “Birinci Türk Universitetləri İdman Oyunları” üçün 12 oyunçuya dəvət göndərib.

 

Bunlar Kənan Allahverdiyev, Asif Əliyev, Elmin Alışanov, Vüsal Rüstəmov, Dmitri Baranov, Andrey Vasilenko, İvan Kazaçkov, Ruslan Əliyev, Rudix Yaroslav, Vüqar Rəhimov, Aqil Ağazadə və Tural Həsənlidi.

 

Yığmamızın rəqibi Türkiyə voleybolçuları olacaqlar. Komandalar ilk qarşılaşmasına aprelin 7-də, ikinci oyununa ertəsi gün çıxacaqlar. Matçlar saat 15:00-da başlayacaq.

 

Müəllif: Orxan NOVRUZOV