Şpaqaçılar dünya birinciliyini ilk görüşdən tərk etdilər

ESTAFET/ Bu gün İtaliyanın Verona şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində şpaqaçıların komanda yarışlarına start verilib.

 

Barat Quliyev, Fərrux Səfərov və Xalid Əliyevdən ibarət şpaqa üzrə komandamız ilk mərhələdə Cənubi Afrika Respublikasının gənc şpaqaçılardan ibarət komandası ilə qarşılaşıb. Komandamız rəqibinə 22:44 hesabı ilə məğlub olaraq, mübarizəni erkən dayandırıb.

 

Müəllif: Orxan NOVRUZOV