"Sauber" komandasında yeni təyinat

ESTAFET/ Formula 1 komandalarından olan "Sauber" özünün aerodinamika şöbəsinə yeni rəhbər təyanatı ilə bağlı açıqlama yayıb. Belə ki, aprelin əvvəlindən bu vəzifəni Jan Monşo icra edəcək. 

 

Fransız və alman kökənli mühəndis Tuluzada Milli Aviasiya və Kosmos Məktəbində təhsil alıb. Monşo 2002-2009-cu illərdə "Toyota"da işləyib və 2010-cu ildə "Ferrari"yə keçmişdi. Bunadək isə 5 il "Audi Sport"un şassi və aerodinamika şöbəsinə rəhbərlik edib. Monşo komandanın texniki direktoru Yorq Tsanderin rəhbərliyi altında tezliklə yeni işinə başlayacaq.

 

Yorq Tsander: “Janın bu vəzifəyə gəlişini səbirsizliklə gözləyirəm. Bu təyinat trassda ən yaxşı nəticələrə can atan komandanın güclənməsi və inkişafı yolunda vacib addımdır”. 

Müəllif: Bəhruz MƏMMƏDOV