Daha bir lisenziyanı Minayə Əkbərova qazandı

ESTAFET/ Bu gün Tunisdə təşkil olunan taekvondo üzrə gənclərin lisenziya turnirinə yekun vuruldu. Hammamet şəhərində iki gün davam edən turnirdə iştirak edən Olimpiya yığma komandamız ölkəmizə növbəti lisenziyanı qazandı.


Argentinada baş tutcaq gənclərin Olimpiyadasına 44 kq şəki dərəcəsində mübarizə aparan xanım taekvondoçumuz, yeniyetmələr arasında I dünya birinciliyinin gümüş mükafatçısı (2014), klublararası avropa çempionatının bürünc (2015), klublararası avropa çempionatında gənclər arasında qızıl medalın sahibi (2018) və müxtəlif turnirlərin mükafatçısı Minayə Əkbərova yollanacaq.


Xatırladaq ki, bir gün fasilədən sonra (9 aprel) startı veriləcək dünya birinciliyində baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov Nihat Abbasov (-45 kq), Yaşar Məmmədli (-48 kq), Xanoğlan Kərimov (-51 kq), Ayaz Qənbərli (-55 kq), Cavad Ağayev (-63 kq), Taleh Süleymanov (-73 kq), Minayə Əkbərova (-44 kq), Sevda Pirseyidova (-49 kq) və Sahar Karghara (-52 kq) şans verəcək. 

Müəllif: Natiq NƏSİROV