Yeniyetmə badmintonçularımız beynəlxalq turnirdə iştirak edir
ESTAFET/ Dünən Ukraynanın Nikolayev şəhərində badminton üzrə yeniyetmələr arasında beynəlxalq turnirə start verilib.
Ukraynalı məşqçi Kosençukun xatirəsinə həsr olunan turnirdə Ukrayna, Azərbaycan, Latviya və Moldovanı təmsil edən badmintonçular mübarizə aparırlar. 60-dan çox iştirakçının qatıldığı yarışda ölkəmiz 3-ü qız, 7-i oğlan olmaqla, 10 badmintonçu ilə təmsil olunur.