Karlsen Şəmkirdə özünü basketbolçu kimi sınadı

ESTAFET/ Şahmat üzrə dünya çempionu Maqnus Karlsen Vüqar Həşimov Memorialında iştirak etmək üçün Şəmkirə gəlib. ShamkirChess2018 turnirinin mətbuat xidməti xəbər verir ki, norveçli şahmatçı yarışdan əvvəl basketbol oynamaq istədiyini bildirib. Ötən gün Karlsen 1 saata yaxın basketbol meydançasında məharətini göstərib.

 

Qeyd edək ki, bu gün saat 18-30-da başlayacaq ShamkirChess2018 superturnirinin açılış mərasimi Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV