FIDE prezidenti Şəmkirə gəlir

ESTAFET/ Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin açılış mərasimi keçiriləcək. Turnirin mətbuat xidməti xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının prezidenti - FİDE rəhbəri Kirsan İlyumjinov tədbirdə iştirak etmək üçün Şəmkirə gələcək.

 

Qeyd edək ki, superturnirin təntənəli açılış mərasimi Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. Tədbir saat 18-30-da başlayacaq.  

Müəllif: Natiq NƏSİROV