Kopenhagendə Formula 1 üçün trassı təftiş ediblər

ESTAFET/ Danimarkanın paytaxtı Kopenhagendə Qran Pri layihəsi üzərində aktiv iş gedir və artıq 2020-ci ildə ilk yürüşün keçiriləcəyinə ümid edirlər. Həftənin əvvəlində bir qrup Formula 1 trassları üzrə mütəxəss şəhərə baş çəkib. Danimarka paytaxtının yürüş üçün uyğun olub-olmadığını bu mütəxəssislər təsdiq edəcəklər. Danimarka Qran prisinin promouterlərindən biri Helqe Sander onların səfərini şərh edib: 

 

"Biz mütəxəssislərin səfəri haqda məlumat yaymadıq. Çünki, bu onların trassı ilk yoxlaması - bizim üçün bir növ imtahan idi və bu uzdən buna o qədər də diqqət cəlb etmək istəmədik. Onlar bazar ertısi və çərşənbə axşamı Kopenhagendə oldular, trasın salınma ehtimalı olan yerlərə baxdılar. Növbəti həftə biz Bakıda yenidən görüşəcəyik və bu layihənin reallaşma planını birlikdə analiz edəcəyik. Hər şey uğurlu keçdi, mütəxəssislər bizim layihə haqda pozitiv fikir bildirdilər. Səbirsizliklə onların hesabatlarını gözləyirik. Bizim üçün onların gələcəkləri qənaət qədər, trassın tələbləri də maraqlıdır ki, bilək bu layihə nə qədər xərc tələb edir - 50 yaxud 100 milyonu buna sərf etmək lazımdırmı? Onlar dedilər ki, hər şey əladır, Kopenhagendə görmək istədikləri hər şey var. Təbii ki, bu gözəl şəhərdir, lakin yerimiz azdır. Xüsusilə də, boks və pit-leyn üçün. Qısası, onların sözlərinə görə, şəhərin mərkəzində ideal şərtlərə nail olmaq mümkün deyil və onlar da bunu başa düşürlər. Təxminən 3 həftədən sonra biz onların hesabatını alacıq və mən əminəm ki, orada boksların Danimarka Kral kitabxanasının yanında deyil, Kristiansborq sarayının qarşısında və ya Hans Xristian Andersen bulvarında yerləşdirilməsi haqda təklif olacaq. Bu mənim təxminimdir." 

Müəllif: Natiq NƏSİROV