"Federasiya kuboku" yarışı bu dəfə Masallıda keçirildi

ESTAFET/ Azərbaycan Cüdo Federasiyasının qarşısında duran prioritet məsələlərdən biri də regionlarda bu idman növünün kütləviliyi və inkişaf etdirilməsidir.


Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə növbəti yarış Masallıda keçirilib. Regionlararası "Federasiya kuboku" uğrunda turnirdə 5 bölgənin komandası mübarizə aparıb. Daha yaxşı nəticə göstərən "Bakı-1" komandası mərhələ yarışının qalibi olub. "Qərb-1" klubu 2-ci, "Cənub-1" komandası isə 3-cü yeri tutub. Yeniyetmə cüdoçular arasında "Federasiya kuboku" uğrunda komanda yarışlarının növbəti mərhələsi Şirvan şəhərində keçiriləcək. 

Müəllif: Orxan NOVRUZOV