Şahmatçılarımızdan növbəti heç-heçələr: Shamkir Chess 2018

ESTAFET/ Şəmkirdə mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” superturniri davam edir. Bu gün yarışda V turun oyunları keçirilib.

 

Yığmamızın nüfuzlu turnirdəki üzvlərinin hamısı hesabat turunu bərabərliklə başa vurublar. Şəhriyar Məmmədyarovla Rauf Məmmədov ağ fiqurlarla müvafiq olaraq, Aniş Giri və Sergey Karyakinlə sülhə razılaşıblar. Teymur Rəcəbov isə qara fiqurlarla Dinq Lirenlə xalları yarı bölüb. 

 

“Shamkir Chess 2018”

V tur

23 aprel 2018

Dinq Liren (Çin, 2778) - Teymur Rəcəbov (Azərbaycan, 2748)  0,5:0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) - Aniş Giri (Hollandiya, 2777)  0,5:0,5

Rauf Məmmədov (Azərbaycan, 2704) - Sergey Karyakin (Rusiya, 2778)  0,5:0,5

Maqnus Karlsen (Norveç, 2843) - Radoslav Voytaşek (Polşa, 2744)  1:0

David Navara (Çexiya, 2745) - Veselin Topalov (Bolqarıstan, 2749)   0:1

 

Turnir cədvəli: Topalov - 3,5 xal; Karlsen - 3; Karyakin, Məmmədov, Rəcəbov, Giri, Dinq - 2,5; Navara, Voytajek, Məmmədyarov – 2. 

Müəllif: Bəhruz MƏMMƏDOV