"...şəhər sakinləri üçün əlçatan olsun": Bülənt Özərdim

ESTAFET/ Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası (BŞH) məliyyat Şirkəti yarış həftəsonu ərzində hər gün axşam saatlarından etibarən ardıcıllıqla keçiriləcək konsert və partilərdə dünya ulduzları və məşhur DJ-lərə ən yaxın mövqedə yer tutmaq istəyən əyləncəsevərlərə xüsusi imkan təklif edib.

 

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bununla bağlı fikirlərini bildirib: “Biz ötən illərdə olduğu kimi bu ildə də Formula 1 yarış həftəsonunu paytaxt Bakıda festival ab-havasında keçirməyə çalışırıq. Bu baxımdan builki əyləncə proqramını müxtəlif tədbirlərlə rəngarəng etmişik ki, həm şəhər sakinlərinin zövqünə uyğun, həm də onlar üçün əlçatan olsun.

 

Bu həftəsonu baş tutacaq Fomula 1 Azərbaycan Qran Prisində tamaşaçılar F1 pilotları, dünya ulduzları və məşhur DJ-lərə hər zamankindən daha yaxın olacaqlar.

 

“Golden Circle” da bu məqsədə xidmət edir. Siz səhnənin tam qarşısında yerləşən bu zonaya bilet almaqla bu möhtəşəm əyləncədə öz kumirlərinizlə birbaşa təmasda ola biləcəksiniz”.

Müəllif: Natiq NƏSİROV