Qılıncuynadanlarımız Türkiyədə turnirə qatılıb

ESTAFET/ 2005-2008 təvəllüdlü qılıncoynadanlarımız Türkiyənin Antalya şəhərində keçirilən ənənəvi beynəlxalq turnirdə iştirak edib. Ümumilikdə 3000-dən çox iştirakçının qatıldığı turnirdə Azərbaycan 29 oğlan və qız qılıncoynadanla təmsil olunub.

 

Təmsilçilərimiz şpaqa və sablya növündə qüvvəsini sınayıb. İştirakçılar şəxsi və komanda yarışlarında qalibləri müəyyənləşdirib. Təmsilçilərimizdən ən yaxşı göstərici 2007-2008 təvəllüdlü şpaqaçılar arasında yarışan Aynur Quliyevaya məxsusdur. Şpaqaçımız 103 iştirakçı arasında 19-cu yeri tutub.
 

Müəllif: Orxan NOVRUZOV