Sıralama turundan sonrakı mətbuat konfransı - Azerbaijan Grand Prix 2018
ESTAFET/ Xəbər verdiyimiz kimi, dünən 2018-ci il Formula 1 Dünya çempionatının Azərbaycan Qran prisində sıralama turu yarışları baş tutub. Mübarizədən həmən sonra qaliblərin iştirakı ilə Media Mərkəzində mətbuat konfransı keçirilib. Qaliblər Sebastian Fettel, Lyusi Hemilton və Valtteri Bottasın mətbuat konfransının stenoqramını təqdim edirik.
- Luis, sıralanma turunun birinci hissəsində əla nəticə göstərdiniz, ikinci hissədə isə bir az geri qaldınız. Bugünki yarışınızdan razı qaldınızmı?
Luis HEMİLTON: İlk öncə onu deyib ki, azarkeşlərin dəstəyi əladır. Əlimizdən gələni etdik. 15-ci
döngəyədək üstünlük dəfələrlə məndə idi. Sonuncu hissədə bir az geri qaldım. Buna baxmayaraq,
Sebastiana afərin. Bütün həftəsonu yarışlarda onlar ən sürətli nəticə göstərdilər. Bu il mükəmməl
bolidə sahibdirlər. Dünənlə müqayisədə bugün daha yaxşı yarış sərgilədik. Valteri də yaxşı yarışdı.
Ötüb keçmək üçün bu trek beşinci ən yaxşı trekdir. Sabah Sebastianla bizi qızğın yarış gözləyir.
- Yarış zamanı küləkli havaya şahid olduq. Bu, sizə çətinlik törətdimi?
LH: Sürətlənmə düzlüyündə xüsusilə bolidi düz vəziyyətdə idarə etmək çətin idi. Binaların arasında küləyi daha çox hiss edirdik, ona görə də tez-tez bolidi düzəltməli olurduq. Ancaq trek əla idi. Bu işdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm.
- Sebastian, ardıcıl olaraq 3 poul qazandınız. İkinci hissədə çox sürətli idiniz. Ancaq təkərlərin ani kilidlənməsi sürətinizi bir az azaltdı. Buna baxmayaraq, bugün əla yarışdınız.
Sebastian FETTEL: Təşəkkür edirəm. Sıralanma turunun ilk hissələrində bolidin yaxşı vəziyyətdə olduğunu hiss edirdim. Sonuncu hissədə isə bolidin tam istədiyim kimi olduğunu bilirdim. İlk dövrə məni tamamilə qane etdi. İki dəfə cüzi səhvə yol verdim, ancaq ikinci dövrədə daha yaxşı nəticə göstərəcəyimi bilirdim. 3-cü dövrədə təkərlər qəfildən kilidləndi. Xoşbəxtlikdən, doğru qərar verdim. İlk cəhddə dövrəni rahat başa vurdum, buna görə xoşbəxtəm.
- Valteri, bolidiniz əla və sürətlidir. Sabah Ferrari ilə mübarizəyə hazırsınız?
Valteri BOTTAS: Əlbəttə. Sabah hər iki bolidlə yarışda mübarizə aparacağıq. Yarış çox qızğın keçə
bilər. Mübarizəyə hazırıq.
- Sonuncu dövrənin ən son santimetrlərində belə gözlənilməz final ola bilər. Bunu hamıdan yaxşı bilirsiniz.
VB: Razıyam. Ötən il bir dövrə geridə olmağıma baxmayaraq yarışı ikinci yerdə başa vurdum. Hər şey baş verə bilər. Ən azından əlimizdə yaxşı start mövqeyi var.
- Sebastian, əla yarış idi. Ancaq bu, hələ başlanğıcdır. Mercedes və Red Bull komandaları da qızğın mübarizəyə qoşulub. Sizcə, sabah yarış necə keçəcək?
SF: Sabah bizi gərgin yarış gözləyir. Hər şey baş verə bilər. Təhlükəsizlik maşını belə trekə daxil ola
bilər. Bu gün bolid yaxşı vəziyyətdə idi, sabah da bolidin yaxşı performans göstərəcəyini
düşünürəm. Dünən bir az çətinlik yaşadım. Ancaq bu gün yarışdan böyük zövq aldım. Yarışın
sonuncu hissəsində bir az məyus oldum. Daha yaxşı nəticə göstərə bilərdim, buna baxmayaraq
poul qazandım. Xoşbəxtəm.
- Sebastian, dünən bolidlə bağlı inamsız olduğunuzu söyləmişdiniz. Bugünki yarışdan sonra özünüzü necə hiss edirsiniz?
SV: Bolidlə bağlı inamsızlıq trekdə də özünü göstərir. Bu trekdə özünə inam hissi olduqca vacibdir.
Sərbəst yürüşlərin sonunda özümə inam hissim artmışdı. Bu gün yarışa da özümdən əmin başladım. Bolid əla vəziyyətdə idi. Sıralanma turunun sonuncu hissəsində özümü çox xoşbəxt hiss edirdim. 6-cı və 11-ci döngələrdə bir az yubandım, ancaq dövrəni ümumilikdə sürətlə başa vurdum. Sonuncu döngədə küləklə bağlı çətinlik yaşadıq. Yarışın ikinci hissəsində 3-cü döngədə əyləcə bir az gec basdım. Bolidin ön təkərləri kilidləndi. Həmin vaxt bir az məyus oldum. Poul qazananda isə çox sevindim. Komanda əla iş ortaya qoydu.
- Luis, son bir neçə yarışda sıralanma turundan sonra mətbuat konfransında iştirak etməmisiniz. Mercedes komandası ilə bağlı nə yeniliklər var? Bolid ürəyinizcədir?
LH: Sebastian bu gün əla nəticə göstərdi. Təbrik edirəm. Son bir neçə yarışdır ki, üstünlük Ferrari
komandasındadır. Bu gün də yüksək sürət göstərəcəklərini bilirdik. Red Bull komandasından da əla performans gözlənilirdi, ancaq bilmirəm bu gün onlarda nədənsə alınmadı. Dünən bir az çətinlik çəkdik, mühəndislər bolidi əla vəziyyətə gətirmək üçün bütün gecə səfərbər oldular. Böyük zəhmətə görə onlara da təşəkkür edirəm. Üstündə işləməli olduğumuz bir neçə məsələ var. Ferrari ilə eyni tempdə yarışmaq müsbət haldır. Hər iki pilotun bu mübarizədə iştirakı komandamız üçün yaxşı motivasiyadır. Sabahkı yarış üçün həyəcanlıyam. Mübarizə gərgin olacaq. Əlimizdən gələni edəcəyik.
- Valteri, yarış necə keçdi? Hava şəraiti haqqında siz nə deyərdiniz?
VB: Luis də qeyd etdiyi kimi dünəndən bu günə boliddə xeyli inkişaf var. Nəticə gözlədiyimizdən də
yaxşı oldu. Keçən il olduğu kimi bu il də şənbə gününə qədər problemləri həll edəcəyimizə inanırdıq.
3-cü sərbəst yürüşlərində sonra sıralanma turuna yaxşı hazırlaşdıq. Yarışın əvvəlində xeyli sarı
bayrağın şahidi olduq. Ancaq sıralanma turunun ikinci və üçüncü hissələrində hər şey qaydasına
düşdü. Bu trekdə yarışmaq olduqca çətindir. Hər iki bolidimiz qələbə uğrunda mübarizəyə hazırdır.
Dünən baş tutan sərbəst yürüşlərdən sonra nə dəyişiklik etdiniz? Bolidin bugünki performansında nə kimi dəyişkliklər var idi?
LH: Sadəcə olaraq, bolidi tənzimlədik. Dünən tez-tez sürüşmə halı ilə rastlaşırdıq. Qanadların
səviyyəsini tənzimlədik. Demək olar ki, boliddə çox şeyi dəyişdik.
- Yarışın birinci və üçüncü hissələrində Ferrari komandasıyla eyni tempdə yarışırdınız. Ancaq ikinci hissədə bir az çətinlik çəkdiniz. Bolidlərinizin trekin İçərişəhərdən keçən hissəsində yubanmasının səbəbi nədir?
VB: Bütün həftəsonu ərzində eyni halla qarşılaşdıq. Xüsusilə də sıralanma turundan əvvəlki
sessiyalarda. Rəqiblərimizlə müqayisədə daha çox çətinlik çəkdik. Əsas məsələ təkərlərlə bağlı idi.
İndi onlar daha yaxşı vəziyyətdədir.
LH: İkinci hissədə baş verənləri izah etmək çətindir. Məncə, bizimlə müqayisədə digər bolidlərin
yerə sıxma qüvvəsi daha artıqdır.
- Luis, dünən Berni Eklstoun sizin çox sürətli, istedadlı və əla gözəl insan olduğunuzu söyləyib. O, eyni zamanda sizin artıq əvvəlki kimi mübarizə aparmadığınızı da qeyd edib. Buna cavabınız varmı?
LH: Yox, heç bir cavabım yoxdur.
- Sizcə, əvvəlki kimi yaxşı yarışırsınız?
LH: Bunu mövsümün sonu görəcəyik.
- Sebastian, komandanız sizi Kiminin poul xalını az qala əlinizdən alacağı barədə xəbərdar etmişdi? Kiminin yarış hazırlıqları haqqında nə deyə bilərsiniz? Onun performansında yenilik hiss edirsinizmi?
SV: Məncə, əsas nəticədir. Düzünü desəm, cümə günləri üstünlük onun əlində olur. Onu tanıdıqca
istedadlı olduğunun şahidi oluram. Yaxşı komanda yoldaşıyıq. Aramızda heç bir problem yoxdur. Elə
yarışlar olub ki, onunla toqquşmuşam. Ancaq həyat davam edir. Yarışdan zövq alırıq. Bizim və
komanda üçün də önəmli olan budur.
- Luis, Ferrarinin daha çox yerə sıxma qüvvəsinə sahib olduğunu söylədiniz. Güc qurğusu da olduqca vacib amildir. Bu haqda nə deyə bilərsiniz?
LH: Bilmirəm, bu nə dərəcədə təəccüblüdür, ancaq onlar bu mövsümün bütün yarışlarında eyni güc
qurğusundan istifadə ediblər. Sürətlənmə düzlüyündə çox cəlddirlər, xüsusilə də güclü DRS
sisteminə sahibdirlər. Statistikaya baxmamışam, ona görə də kimin harada daha sürətli olduğunu
söyləyə bilməyəcəm. Şübhəsiz ki, bu il onlar daha yaxşı yarışırlar. Hal-hazırda bir nömrəli rəqibimiz
onlardır.
- Sebastian, uzun illərdir ki, Formula 1-də yarışırsan. Çıxdığın səviyyəni qoruyub saxlamaq nə qədər çətindir? Berninin Luis haqqında bu mövzuda səsləndirdiklərini nəzərə alarsaq, yüksək səviyyəli bir pilot üçün daima forumda olmaq nə qədər çətindir?
SV: Bu, tamamilə fərqlidir. Builki mövsümdə yarışmaqla on il əvvəl yarışmaq arasında fərqliliklər var,
hər birində fərqli hisslər yaşayırsan. Hesab edirəm ki, 10 ilin səndə buraxdığı təsir bax budur. Məni yanlış anlamayın, insan böyüdükcə düşüncələri dəyişir və getdikcə daha müdrikləşir. Sənin üfüqün
dəyişir, həmçinin motivasiya mənbəyin fərqliləşir. Bəlkə də artıq sən hadisələrə fərqli pəncərədən
baxırsan. Bu hər zaman tamamilə sənin necə biri olmağından asılıdır. Hansı hədəflərin var və bu
hədəflərə tam nail olmaq üçün nələr edirsən. Mən etdiklərimdən zövq alıram, sevərək edirəm və
yarışmağı da çox sevirəm. Aydındır ki, əksər insanlar düşünürlər ki, mən hər gün bolidin içindəyəm.
Bəzən onlar düzgün, bəzən də yanlış düşünürlər. Ən əhəmiyyətlisi odur ki, sən özünün kim olduğunu bilirsən və özünə qarşı hər zaman dürüst davranırsan. Buna nail olduqdan sonra sən ətrafında baş verənlərdən daha az təsirlənirsən, çox narahatlıq duymursan və sırf yarışdan zövq almağa yönəlirsən. Ən yüksək həddə ol, ya da olma, hesab edirəm ki, bu idmandan ayrıldıqdan sonra sənin arxaya baxıb ötənləri təhlil etməyə vaxtın olacaq. Bəli, səviyyə yüksəkdir. Ən ön sıralarda mübarizə aparmaq istəyirsənsə, çox səhvə yol verməməlisən və kim ki, bir neçə il yuxarıda olubsa, bu müddət ərzində böyük enerji sərf edərək bu səviyyəni qoruyub saxlaya bilib. Buna sahib olduqlarını yalnız trekdə ortaya qoymaqla deyil, həm də trekdən kənara da yönəltməklə nail ola bilərsən. Çox uzun oldu və daha da uzatmaq istəmirəm. Bu həqiqətən də çox iş tələb edir və bəzən buna lazımınca dəyər verilir, bəzən də yox, ancaq bu, nəticədə səndən asılıdır.
- Bundan əvvəl burada baş tutmuş hər iki Qran Pri bir-birindən fərqli olub. Birincisi sıxıcı, ikincisi isə qəzalarla dolu idi. Bu baxımdan sabah külək daha da güclənəcək və hava şəraiti pisləşəcək, belə bir vəziyyətdə biz necə yarışa şahid olacağıq?
SV: Əlimdə kristal top yoxdur ki, bilim. Son günlər xoşlamadığım bir şey var, o da insanların bu idmanı sırf bir yarışa görə qiymətləndirməsidir. Avstraliyada biz böyük fəlakətə düçar olduqdan sonra deyildi ki, bu bolidlər elədir, belədir, falan, filan… Bəli yarış sıxıcı keçmiş ola bilər, lakin bu bir neçə səbəblə əlaqədardır: trek, yarışın özü və digər səbəblər. Avstraliyadan sonra Çində və Bəhreyndə əyləncəli yarışa nail olduq. Bəlkə sabahkı yarış sıxıcı, bəlkə də əyləncəli keçə bilər. Bilmirəm. Yağış da yağa bilər. Kim bilir ki?! Sabah biz yarışa gedirik və buna yarış vaxtı aydınlıq gətiriləcək.
LH: Bəli bu yarış əyləncəli də ola bilər, çətin də. Bu gün keçirilmiş Formula 2 yarışına nəzər salsanız
görəcəksiz ki, həmin yarışda ötən ilki yarışdakı qədər təhlükəsizlik maşını trekə daxil olub. Sabah
bizi nə gözlədiyinə dair həqiqətən də hər hansı bir fikrim yoxdur, lakin hesab edirəm ki, bu yarış
əyləncəli olacaq və biz birlikdə onlarla mübarizə aparacağıq.
VB: Mən də hesab edirəm ki, maraqlı yarış baş tutacaq, çünki güclərimiz bir-birinə çox yaxındır və
belə bir trekdə uzun sürətlənmə düzlüyü var. Bu bizə imkan verir ki, ötmələri reallaşdıraq. Bu
baxımdan mənlə Luis çalışacağıq ki, həyəcanverici yarış ortaya qoyaq və qələbə uğrunda birgə
mübarizə aparaq.
- Sebastian, bu bəllidir ki, yanında əyləşənlər sabah sənin önünü kəsməyə çalışacaqlar. Sən buna hazırsanmı?
SV: Çində başverəni həqiqətən biz də xoş qarşılamadıq, lakin hesab edirəm ki, bizim bu tipli məsələləri qaydasına salacaq güclü komandamız var. Yarışın başlanğıcına birlikdə şahid olacağıq, lakin bunu bilirik ki, trek uzundur və belə kəsə gedişlər mümkündür. Bu həm də hamı üçün eyni dərəcədə çətindir ki, başlanğıcda təkərlər dərhal tam işə düşsün. Biz Çində başverəndən lazımi dərsi çıxarmışıq və sabah yarışa yaxşı başlanğıc edəcəyik.