Sərbəst güləş yığmamız Avropada ikinci oldu

ESTAFET/ Rusiya Federasiyasının Kaspiysk şəhərində (Dağıstan Respublikası) keçirilən güləş üzrə böyüklər arasında Avropa çempionatı başa çatıb.

 

Çempionata sərbəst güləş yarışları ilə yekun vurulub. Yığma komandamız çempionatı 2 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub.

 

Qızıl medalları yığmamıza Georgi Edişeraşvili (57 kq) və Hacı Əliyev (65 kq) qazandırıb. Aleksandr Qostiyev (86 kq) və Şərif Şərifov (92 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Murtuz Müslümov (70 kq), Cəbrayıl Həsənov (79 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) qazandırıb.

 

Bu nəticə ilə yığmamız komanda hesabında 160 xal toplayaraq Avropa ikincisi olub. Rusiya 204 xalla birinci, Türkiyə 125 xalla üçüncü olub. 

Müəllif: Natiq NƏSİROV