Boksçumuz mübarizəni dayandırıb

ESTAFET/ Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin döyüşləri keçirilib. Yarımfinala gedən yolda Azərbaycan millisinin üzvü Məryəm Cəbrayılova da rinqə çıxıb.

 

69 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz almaniyalı Nadine Apetzlə üz-üzə gəlib. Görüş rəqibin 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb.

 

Nəticədə Cəbrayılova Avropa çempionatı ilə vidalaşıb.

 

Qeyd edək ki, 32 ölkədən 146 boksçunun qatıldığı yarış iyunun 12-də başa çatacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV