Yığmamız Olimpiadaya hazırlığı Göygöldə davam etdirir

ESTAFET/ Gənc oğlan boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına start verilib. Komandamız bu dəfə Göygöldə bir araya gəlib.


Yığmamızın baş məşqçisi Vaqif Şirinovun rəhbərliyi altında baş tutan toplanışa 12 boksçu qatılıb. Hazırlığın bu mərhələsi iyulun 21-dək davam edəcək. Toplanışda əsasən fiziki, texniki və taktiki çalışmalara üstünlük verilir.


Məşqlər Macarıstanda keçiriləcək dünya birinciliyi və Argentinada baş tutacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır. 

Müəllif: Natiq NƏSİROV