"Turkish Open" - 3 qızıl, 4 gümüş, 2 bürünc medal

ESTAFET/ 13-15 iyul tarixlərində İstanbulda ənənəvi beynəlxalq Turkish Open karate turnirində iştirak edən müxtəlif yaşlı milli komandaların bir neçə üzvü 9 medala sahib olub.

 

Fərid Savadov (13 yaşlı uşaqlar, 40 kq) Tale Yaqubov (14-15 yaşlı yeniyetmələr, 63 kq) və Fərid Ağayev (14-15 yaşlı yeniyetmələr, 70 kq) yarışın qalibi olub. Suzanna Aslanova (14-15 yaşlı yeniyetmələr, kata) və Elcan Məmmədrzayev (18 yaşdan yuxarı, 60 kq) və Neda Rezai (18 yaşdan yuxarı, kata) gümüş medal qazanıb. Hüseyn Hüseynzadə (14-15 yaşlı yeniyetmələr, +70kq) və Murad Hacızadə isə (18 yaşdan yuxarı, +84 kq) isə bürünc müakafata yiyələnib. Daha bir təmsilçimiz Malik Məmmədli (6-7 yaşlı uşaqlar, 35 kq) ikinci pilləyə qalxıb.

 

3 qızıl, 4 gümüş və 2 bürünc medalla Azərbaycan mükafat qazana bilən 22 ölkə arasında beşinci yeri tutub. Nüfuzlu "Turkish Open" beynəlxalq turnirində 32 ölkədən 1083 idmançı mübarizə aparıb.  

Müəllif: Bəhruz MƏMMƏDOV