Boksçularımız beynəlxalq turnirdə 2 medal qazanıb

ESTAFET/ Ukraynanın Odessa şəhərində boks üzrə keçirilən beynəlxalq turnir başa çatıb. Yarışda Azərbaycan yığması da mübarizə aparıb.
Millimiz Semyon Trestinin xatirəsinə həsr olunan A kateqoriyalı turnirdə 2 gümüş medala yiyələnib. Boksçularımızdan Lorenzo Sotomayorla (69 kq) Kamran Şahsuvarlı (81 kq) ikinci yeri tutublar.
Qeyd edək ki, yarışda 15 ölkənin 135 idmançısı qüvvəsini sınayıb.

