"Barselona" "Kamp Nou" stadionunun adını satışa çıxardı

ESTAFET/ “Barselona” “Kamp Nou” stadionunun ad hüququnu satışa çıxarmağa hazırdı. “Marca”nın məlumatına görə, katalon klubu 300 milyon avro dəyərində sponsor cəlb etməyə çalışır.

 

Hələlik rəsmi anlaşmadan söhbət gedə bilməz. Lakin Asiya və Amerika şirkətlərinin sözügedən məbləği ödəyəcəyi gözlənilir. 2019-cu ilin əvvəllərində sazişin imzalanmaq ehtimalı yüksək qiymətləndirilir. 

Qeyd edək ki, “Barselona” 2021-2022 mövsümü üçün “Kamp Nou” stadionunu təmirə bağlamağı planlaşdırır.

 

Mənbə: APASport

Müəllif: Natiq NƏSİROV