"Qalatasaray" aşağı liqadan futbolçu transfer etdi

ESTAFET/ Türkiyə nəhənglərindən olan “Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib. Super Liqanın son qalibi aşağı liqa təmsilçisi “Bandırmaspor”da forma geyinən Birhan Vatansevəri heyətinə qatıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər iki illik müqaviləyə imza atıblar.

 

Yarımmüdafiəçi olan Birhan məhz “Qalatasaray”ın yetirməsidi. O, 2011-ci ildə cəlb olunduğu İstanbul klubunun U-16, U-19 və U-21 komandalarında oynayıb, 2015-ci ildə “Berqama Bələdiyəsi”nə icarəyə verilib. Vatansevər “Bandırmaspor”a ötən mövsümün əvvəlində transfer olmuşdu. 

Müəllif: Bəhruz MƏMMƏDOV