Markizio “Yuventus”dan getdi

ESTAFET/ “Yuventus”un italyan yarımmüdafiəçisi Klaudio Markizio komandanı tərk edib. Bu barədə klubun rəsmi saytı məlumat verib.

 

Xəbərdə Markizionun müqaviləsinin qarşılıqlı şəkildə razılaşaraq, ləğv edildiyi qeyd olunub. 32 yaşlı futbolçunun müqavilə müddəti 2020-ci ilə qədər idi.

 

“Yuventus” Markizionun klubdan ayrılması ilə bağlı təşəkkür məktubu yayımlayıb.

 

Markizio 1993-cü ildən “Yuve”nin aşağı yaş qruplarında forma geyinməyə başlayıb. 2006-cı ildən isə “qoca sinyora”nın əsas komandasında çıxış edirdi. O, bu müddətdə yalnız 2007/08 mövsümündə “Empoli”də icarədə olub. 

Müəllif: Orxan NOVRUZOV