Yığmamız dünya birinciliyində iştirak edəcək

ESTAFET/ Avqustun 21-də Macarıstanın paytaxtı Budapeştdə gənc boksçular arasında dünya birinciliyi start götürəcək. 10 gün davam edəcək mundialda Azərbaycan yığması 6 nəfərlə təmsil olunacaq.

 

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində keçirilmiş Avropa birinciliyində bu yarışa lisenziya qazanmış Maqsud Xasmetov (49 kq), Nurlan Səfərov (60 kq), Səbuhi Abışov (64 kq), Nicat Həsənov (69 kq), Zaur Musayev (81 kq) və İsmayıl Yaqubov (91 kq) Budapeştdə ölkəmizin idman şərəfini qoruyacaq.

 

Səfərə avqustun 19-da yollanacaq komandamız sentyabrın 1-də Vətənə dönəcək. 

Müəllif: Natiq NƏSİROV