Həsənov mundialla vidalaşıb

ESTAFET/ Macarıstanın paytaxtı Budapeştdə gənc boksçular arasında dünya birinciliyində 1/4 finala start verilib. 65 ölkədən 359 idmançının qatıldığı mundialın bu mərhələsinin ilk günündə Azərbaycan millisinin 1 üzvü rinqə çıxıb.
69 kq çəki dərəcəsində gücünü yoxlayan Nicat Həsənov (69 kq) tailandlı Peerapat Yeasunqneonla döyüşüb. Görüş rəqibin 4:1 (28:29, 30:27, 30:27, 29:28, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu gün boksçularımızdan İsmayıl Yaqubov (91 kq) ikinci görüşünə çıxacaq. O, yarımfinala gedən yolda İqor Fedorovla (Rusiya) münasibətinə aydınlıq gətirəcək.
