İtaliya Qran Prisi 2018 - Formula 1
ESTAFET/ Formula 1 üzrə 2018-ci il Dünya çempionatında mövsümün 14-cü mərhələsi olan İtaliya Qran Prisinə yekun vurulub. Monza trasında azarkeşlər mövsüm boyu davam edən amansız "Ferrari" - "Mercedes" mübarizəsinə şahidlik ediblər.
FORMULA 1: GRAN PREMIO HEINEKEN D'ITALIA 2018 |
||||
Tarix |
Trass |
Dövrə uzunluğu |
Dövrə sayı |
Məsafə |
01-02.09.2018 |
Monza |
5 793 m |
53 |
306 720 km |
BULUDLU, QURU. HAVA +21...+22 C, TRASS +28...+33 C |
Ötən Belçika mərhələsində "Ferrari"nin qələbəsindən sonra italyan azarkeşlər doğma komandalarını öz meydanında əsas favrit kimi görürdülər. Lakin mübarizənin yekununda mərhələnin qalibi adını "Ferrari"nin əsas rəqibi "Mercedes"li pilot qazanıb.
Britaniyalı son dünya çempionu Luis Hemilton çox sürətli olduğunu burada bir daha sübut edib. Belə ki, o 1:16:54.484 vaxt göstəricisi ilə podiumun zirvəsində qərarlaşıb. Onun komanda yoldaşı fin Valtteri Bottas +8.705 vaxt geriliyi ilə üçüncü sırada qərarlaşıb. İkinci pilləni "Ferrari"də olan başqa bir fin pilot Kimi Raykkonen (+14.066) tutub.
Mərhələnin ən yaxşı dövrəsini "Mercedes"in britaniyalı pilotu Luis Hemilton edib: 1:22.497 (30-cu dövrədə 252.794 km.s)
№ | Pilot | Komanda | Vaxt | Sürət | Pit |
1 | Hemilton | Mercedes | 1:16:54.484 | 221.157 | 1 |
2 | Raykkonen | Ferrari | +8.705 | 220.670 | 1 |
3 | Bottas | Mercedes | +14.066 | 219.782 | 1 |
4 | Fettel | Ferrari | +16.151 | 218.172 | 2 |
5 | Ferstappen * | Red Bull | +18.208 | 218.068 | 1 |
Qrojan ** | Haas | +56.320 | 217.704 | 1 | |
6 | Okon | Racing Point | +57.761 | 217.430 | 1 |
7 | Peres | Racing Point | +58.678 | 217.358 | 1 |
8 | Sayns | Renault | +78.140 | 216.583 | 1 |
9 | Stroll | Williams | +1 dövrə | 215.914 | 1 |
10 | Sirotkin | Williams | +1 dövrə | 215.380 | 1 |
11 | Lekler | Sauber | +1 dövrə | 215.276 | 1 |
12 | Vandorn | McLaren | +1 dövrə | 215.181 | 1 |
13 | Hyulkenberq | Renault | +1 dövrə | 214.501 | 1 |
14 | Qasli | Toro Rosso | +1 dövrə | 214.236 | 1 |
15 | Erikson | Sauber | +1 dövrə | 233.269 | 2 |
16 | Maqnussen | Haas | +1 dövrə | 230.589 | 1 |
Pilot | Komanda | Dövrə | Səbəb |
Hartli | Toro Rosso | 0 | Qəza |
Alonso | McLaren | 8 | Elektrik/Yanğın |
Rikkardo | Red Bull | 24 | Mufta |
№ | Sürücü | Ölkə | Komanda | Xal |
1 | Luis Hemilton | GBR | Mercedes AMG Petronas | 256 |
2 | Sebstyan Fettel | GER | Scuderia Ferrari | 226 |
3 | Kimi Raykkonen | FIN | Scuderia Ferrari | 164 |
4 | Valtteri Bottas | FIN | Mercedes AMG Petronas | 159 |
5 | Maks Ferstappen | NED | AM Red Bull Racing | 130 |
6 | Daniel Rikkardo | AUS | AM Red Bull Racing | 118 |
7 | Niko Hyulkenberq | GER | Renault Sport F1 Team | 52 |
8 | Kevin Maqnussen | DEN | Haas F1 Team | 49 |
9 | Serxio Peres | MEX | Racing Point Force India | 46 |
10 | Esteban Okon | FRA | Racing Point Force India | 45 |
№ | Komanda | Mühərrik | Xal |
1 | Mercedes AMG Petronas | Mercedes | 415 |
2 | Scuderia Ferrari | Ferrari | 390 |
3 | AM Red Bull Racing | Renault | 248 |
4 | Renault Sport F1 Team | Renault | 86 |
5 | Haas F1 Team | Ferrari | 76 |