Taleh Məmmədov finalda

ESTAFET/ Belarusun paytaxtı Minskdə yunan-Roma güləşi üzrə Oleq Karavaevin xatirə turniri start götürüb.


İlk yarış günündə Taleh Məmmədov (63 kq) bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. Yarımfinalda büdrəyən Orxan Nuriyev (97 kq) bürünc medal uğrunda güləşəcək. Rafiq Hüseynov (82 kq) isə təsəlliverici qarşılaşmaya çıxacaq.


Bu çəkilərdə həlledici görüşlər sabah keçiriləcək. 

Müəllif: Natiq NƏSİROV