Karateçimiz A seriyası turnirində

ESTAFET/ Milli komandamızın ukraynalı legioneri İrina Zaretska (68 kq) Dünya Karate Federasiyasının (WKF) mötəbər Karate1 turnirlərindən A Seriyasında iştirak edəcək.

 

Çilinin paytaxtı Santyaqo şəhərində yarışda 68 ölkədən 879 idmançı mübarizə aparacaq. Mövsümün dörd A seriya turnirlərindən üçüncüsü olan Santyaqo mərhələsində İ.Zaretskanı fərdi məşqçisi Denis Morozov müşayiət edir.

 

Qadınlar milli komandamızın lideri ötən həftənin sonu Berlində Karate1 Premyer Liqasını gümüş medalla başa vurub.  

Müəllif: Orxan NOVRUZOV