Dünya Çempionatına start verildi

ESTAFET/ Bu gün Yaponiyanın Kobe, Yokohama, Sapporo və Hamamatsu şəhərlərində voleybol üzrə qadınlar arasında Dünya Çempionatına start verilib. “C” qrupunda mübarizə aparan  Millimiz ilk turda son Dünya çempionu ABŞ yığması ilə qarşılaşırdı.

 

Görüşə qızlarımız inamlı başlayıbar. İlk setdə qələbəyə  yaxın olsalarda Setin sonlarında üstüyü əldən verdikdən sonra 29-27 hesabı ilə rəqib komanda seti qalib başa vurdu. II və III hissələr də millimiz inamlı oyun nümayiş etdirdi sona kimi var gücü ilə mübarizə apardı. Amma yenə sevinən tərəf Amerika millisi oldu. 25-21, 25-21.


Komandamız sabah qrupda ikinci görüşünü Koreya millisinə qarşı keçirəcək. 

Müəllif: Bəhruz MƏMMƏDOV