Mətbuat konfranslarının vaxtı müəyyənləşdi - Yaponiya Qran Prisi

ESTAFET/ Mövsümün 17-ci startı olacaq Yaponiya Qran Prisinin keçiriləcəyi günlərdə FİA-nın rəsmi mətbuat konfransları zamanı Formula 1 komandalarından iştirak edəcək şəxslərin adları açıqlanıb.

 

Cümə axşamı konfrans otağına dörd sürücü – Esteban Okon (Racing Point), Ləns Stroll (Williams), Stoffel Vandorn (McLaren) və Sebastyan Fettel (Ferrari) dəvət olunub.

 

Cümə günü isə iki sərbəst yürüş sessiyası arasında fasilə zamanı komanda rəsmilərindən Kristian Horner (Red Bull), Frants Tost (Toro Rosso), Frederik Vassyör (Sauber) və Masaşi Yamamoto (Honda Motorsport) jurnalistlərin suallarını cavablandıracaqlar.

Müəllif: Bəhruz MƏMMƏDOV