Voleybolçularımız Çinə də uduzdular

ESTAFET/ Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yaponiyadakı dünya çempionatının II qrup mərhələsində ikinci oyununu keçirib. Faiq Qarayevin yetirmələri Osaka şəhərində Çinlə qarşılaşmada ilk oyunda İtaliya yığması ilə oyunda olduğu kimi set qazanmadan məğlub olublar - 0:3 (17:25, 16:25, 17:25).
Qeyd edək ki, ABŞın 19 xalla lider olduğu qrupumuzda Azərbaycan Bolqarıstanla birgə 6 xalla son iki sıradadı.
